IQNA

Yeni texnologiyaların insanları cəlb etmək və Quranla daha yaxından tanış etməkdə təsiri

22:07 - January 30, 2023
Xəbər sayı: 3493633
Malayziyanın Saravak əyalətinin İslam işləri üzrə məsul naziri yeni texnologiyaların insanları Qurani-Kərimə məhəbbət bəsləməsinə cəlb etməkdə təsirinə toxunaraq dedi: "Malayziya mətbəə və nəşriyyat sektorunun inkişafı ilə Qurani-Kərimin gözəl üz qabığındakı nüsxələrini tərtib edib təqdim edə bildi ki, bu da cəmiyyət tərəfindən rəğbətlə qarşılandı".

İslami işlər üzrə məsul nazir Əbdürrəhman Cüneydi Resto Dünya Quran İncəsənət Festivalına səfəri çərçivəsində Saravakda deyib: "Quran hamımız üçün ən mühüm birlik amilidir. Quran ərəbcədir. Buna görə də onu oxumaq üçün hər kəs ərəb dilini mükəmməl bilməlidir və bu İslam üçün universaldır".

Saravak əyalətinin İslam işləri üzrə məsul naziri Malayziyada “Məclisut-Tilavət” adlı beynəlxalq Quran qiraəti və hifzi müsabiqəsinin keçirilməsini də bu ölkənin birliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən biri kimi qeyd edib. Hər il müxtəlif ölkələrdən qiraətçilərin iştirakı ilə keçirilən bu tədbirin 62-ci buraxılışı 2022-ci ilin oktyabr ayında Kuala Lumpurda keçirilib.

Cüneydi Resto Beynəlxalq Quran Sənəti Festivalı ilə bağlı da deyib: "Bu tədbirdə xüsusilə İrandan çox qeyri-adi və heyrətamiz sənət əsərləri nümayiş olunub".

Daha əvvəl televiziya və sosial şəbəkələrdə İran sənət əsərlərini gördüyünə işarə edərək deyib: "İran sənət əsərlərini ilk dəfə yaxından görürəm".

Bu malayziyalı nazir çıxışının başqa bir hissəsində yeni texnologiyaların insanları cəlb etməkdə və Qurani-Kərimə daha yaxından bələd olmaqda təsirinə toxunaraq bildirib: "Malayziya mətbəə və nəşriyyat sektorunun inkişafı ilə Qurani-Kərimin gözəl üz qabığındakı nüsxələrini tərtib edib təqdim edə bildi ki, bu da cəmiyyət tərəfindən rəğbətlə qarşılandı".

4118237

captcha