IQNA

Avropa Məscidlər İttifaqının anti-islamizmlə mübarizə səyləri

8:41 - April 23, 2024
Xəbər sayı: 3495828
İQNA - Avropa Müsəlman Məscidləri, Dərnəkləri və Rəhbərləri Assosiasiyası ilk iclasını keçirdi.

"İQNA", "Əl-Əhdas" saytına istinadən xəbər verir ki, Birliyin Parisdə cümə günü, aprelin 19-da keçirilən ilk iclası islami dəyərlərin dəstəklənməsi və ifrat sağçı partiyaların anti-islamizmi ilə mübarizəyə həsr olunub.

Birliyin məqsədi həqiqi İslamı təbliğ etmək və Qərbdə İslam və müsəlmanlar haqqında yanlış təsəvvürləri düzəltmək üçün Avropadakı müsəlman qurumları və liderləri birləşdirməyə çalışmaqdır.

Bu Birliyə rəhbərlik edən Paris Böyük Məscidinin rəhbəri və icmanın imamı Şəmsəddin Hafiz bildirib ki, bu addımın məqsədi Avropa müsəlmanlarının ləyaqətini və vətəndaşlığını qorumaq, birgəyaşayış dəyərlərini təbliğ etmək və onlara dəstək olmaqdır. O, ictimai maraqları və islami qurumlar arasında koordinasiyanın da artırılması lazım olduğunu qeyd edib. Çünki koordinasiyanın olmaması müsəlmanları zəiflədəcəyini və bunun müxtəlif ekstremizm formalarının mövcudluğuna imkan verən bir boşluğun yaranmasına səbəb olduğunu bildirdi.

Nəhayət, Hafiz bu Birliyin qapılarının bütün müsəlmanların üzünə açıq olduğunu və əsl islami dəyərləri müdafiə etmək, müsəlmanlara qarşı nifrət və ayrı-seçkilik təzahürlərinə qarşı mübarizə aparmaq üçün müsəlmanların siyasi iştirakını artırmaq istədiklərini söylədi.

4211580

Teqlər: paris ، İslam ، avropa ، məscid
captcha