Türkiyə mətbuatı xəbər verir ki, Mardin Artuklu Universiteti tələbə qrupları tərəfindən ABŞ-da Qəzzaya dəstək yürüşü keçirən tələbələrə və alimlərə qarşı polis zorakılığına etiraz və universitet şəhərciyində zorakılığa məruz qalan tələbə və alimlərə dəstək məqsədilə bəyanat verilib və yürüş təşkil edilib.
Tədbirə gedən Mardin Artuklu Universiteti Rektoru Prof. Dr. İbrahim Özcoşar, vətəndaş cəmiyyəti nümayəndələri, universitet rəhbərləri, akademiklər və tələbələr iştirak ediblər.