IQNA

Yəməndə 2022-ci ildə 15 uşaq bu xəstəlikdə ölüb

19:36 - December 11, 2022
Xəbər sayı: 3493399
Yəməndə 7 ay ərzində qızılca xəstəliyindən 15 uşaq dünyasını dəyişib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə BMT-in Uşaq Fondundan məlumat verilib.

Ümumilikdə yanvar ayından iyul ayınadək Yəmənin 7 əyalətində 1400 uşağı qızılcaya tutulması faktı qeydə alınıb.

Qeyd edilib ki, ölkədə səhiyyə sektorunun tələblərinin yalnız 13 faizi qarşılana bilir.

Xatırladaq ki, Yəmən əhalisinni 73 faizinin (təxminən 23,4 milyon nəfər) humanitar yardıma ehtiyacı var. Ölkənin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

captcha