İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Twitter mesajında dünən Beyrutda baş vermiş partlayışda çox sayda Livan vətəndaşının ölməsi və yaralanmasına görə Livan xalqına və hökumətinə başsağlığı verib.
Az.shafaqna.com xəbər verir ki, o mesajda qeyd edib: “Bu böyük faciədə ürəyimiz Livan xalqının yanındadır” Şəhidlərə Allah rəhmət eyləsin, qurbanların ailələrinə və yaralılara səbr və əmin-amanlıq olsun. Bu qürurlu xalqa Allahın salamı və bərəkəti olsun.”