IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 8

Kafirlərə nifrət bildirişi və dinin keşiyində durmağın zərurəti

17:28 - December 17, 2022
Xəbər sayı: 3493428
"Bəraət" İslamın ən mühüm prinsiplərindən biri olub, uzaq olmaq, azad olmaq və kafirlərə nifrət bildirmək deməkdir. Bəs əsasən, İslam cəmiyyəti niyə "bəraət" tələb etməlidir?

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “zirvəyə yüksəlmək üçün nifrəti bildirmək” mövzusunda tədris etdiyi “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin səkkizincisi keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

"Bəraət" uzaq durmaq, xilas olmaq, azad olmaq və nifrəti bildirmək deməkdir. "Bəraət" müxtəlif fiqh məktəblərində mühüm əsaslardan biridir. Bəs əsasən, İslam cəmiyyəti niyə "bəraət" tələb etməlidir? Çünki İslam cəmiyyəti şirk sisteminin qarşısında durmaq istəyir. “Tövbə” surəsinin tarixi keçmişi ondan ibarətdir ki, Məkkənin fəthi baş vermiş və İslam küfr mərkəzini qan tökülmədən fəth etmişdir. Din insanları zorla müsəlman etmək istəmədiyi üçün müşriklərin İslam cəmiyyətinin qaydalarına riayət etmələri şərti ilə həyatlarını davam etdirmələrinə icazə verir.

İslam cəmiyyəti hidayət zəminini hazırlamaq istəyir. Əgər Məkkəni fəth etmişsə, bunu insanların hidayəti üçün etmişdi. "Bəraət"in dəlillərindən biri də İslam şəriətinə görə hicabla təvaf etmələri idi və kafirlər bu əhdi pozduqda bəraət hökmü gəldi: "(Bu ayələr) əhd bağladığınız müşriklərə qarşı Allah və Onun Elçisi adından nifrət (onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir" (Tövbə, 1).

Bəs nə oldu ki, onlar öz əhdlərini yerinə yetirmədilər? Soruşurlar ki, "bəraət" hökmü iki ildən sonra elan olunmalı idi, niyə əvvəldən edilməyib? Çünki İslam əvvəldən onları şəhərdən kənara atmaq istəmirdi. İslam cəmiyyəti İslam cəmiyyətinin zahiri görünüşlərini qorumaq istəyir. Mümkün deyil ki, kafirlər öz əhd-peymanlarını yerinə yetirmək istəmədiklərinə görə İslam cəmiyyəti problemlə üzləşsin. Ona görə də "bəraət"dən başqa çıxış yolu yoxdur.

Cəmiyyətdə Allahın əmrinə zidd davranışlar normal qəbul edilməməlidir. Allahın əmrinə laqeyd yanaşmaq olmaz. Dini hökumətin hidayətdən başqa bir məqsədi yoxdur. Bu hidayət də məcburi deyil, ürəyin seçimidir. Millətlərin iradəsi və azadlığı hökumətlərin onlara təklif etdiyi bir şey deyil. Bu xalqın haqqıdır.

"Bəraət" hökmü İslam cəmiyyətinin görünüşünü saxlamaq istəməyən şəxs üçündür. İslam cəmiyyəti qurulduqda İslam hökuməti bütün qanunları qorumağa borcludur.

4092223

captcha