IQNA

Quran məktəbi; Tövbə surəsində təfəkkür / 6

Yolunuzu müşriklərdən ayırın!

20:40 - December 10, 2022
Xəbər sayı: 3493392
Quranda müşriklərlə üz-üzə gəlmək, onlardan üz döndərmək və onlarla mübarizə aparmaq barədə açıq-aydın danışılır. Amma bunlar öldürmək mənasında deyil. "Bəraət", yəni öz yolunu onlardan ayırasan və onların fikirlərinin haqq yolunda azğınlığa səbəb olmasına imkan verməyəsən.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Surənin ümumi atmosferi ilə tanışlıq və ünvanların bəyanı” mövzusunda tədris etdiyi “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin altıncısı keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

"Tövbə" surəsinin 36-cı ayəsində kafir həyat mədəniyyətindən bəhs edilir ki, bir qrupu bizə tanıtdırsın. Əvvəlki ayələr ayağa qalxıb onlara qarşı durmağı vurğulayırdı. Bu ayədə müşrik həyat tərzi aktualdır və şirkin zahirinin əhəmiyyəti yoxdur. Bu mövzular 36-cı ayədən başlayır: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklər hamılıqla sizinlə vuruşduqları kimi, siz də hamılıqla onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!".

Allah dörd qəməri ayın haram aylar olmasını hökm etmişdir. Allah evlilik, məhrəm olanlarıa rabitə, iqtisadiyyat, güclü ilə yoxsul arasında qarşılıqlı əlaqə qaydaları müəyyən etmişdir. Ayənin sözü ondan ibarətdir ki, siz Allahın qanunlarına diqqət etmədən heç bir iqtisadiyyat, heç bir mədəniyyət və heç bir əlaqə qura bilməzsiniz.

müşriklərlə üz-üzə gəlmək, onlardan üz döndərmək və onlarla mübarizə aparmaq öldürmək mənasında deyil. "Bəraət", yəni öz yolunu onlardan ayırasan və onların fikirlərinin haqq yolunda azğınlığa səbəb olmasına imkan verməyəsən. Məsələn, elmi və mədəni fəaliyyətlə elə bir fəaliyyət həyata keçirilməlidir ki, qarşı tərəf şirki tərk etsin .

Bəzən elə olur ki, küfr sistemi İslam sistemi ilə qarışır, müşriklərin həyat qaydaları müsəlmanların həyatına daxil olur və müsəlmanlar laqeyd qalırlar. Cəmiyyətin üzvlərinin problemi odur ki, bəzən döyüşmək istəmirlər. Ayədə buyurulur: “Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!” (ayə 39).

41-ci ayə məşğul olduqlarına görə məsuliyyətin üzərlərindən alındığını düşünənlərin hamısına ünvanlanır. Nə qədər məşğul olsanız da, olmasanız da, dini müdafiə etməyə borclusunuz: “Onlar Allah yolunda malları və canları ilə vuruşdular” (Ənfal, 72). Bu ayələrdən sonra nifaq (aldatma) axını tədricən formalaşır.

“Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq, -deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir” (Tövbə, 42(.

Buradan münafiqliyin tanıtımı başlayır və təqribən surənin sonuna qədər davam edir. Nifaq qrupunu qismlərə bölür. Deyir, bəziləri elədir ki, biz gəlmək istəyirik, amma gəlsək, fitnə ilə üzləşəcəyik. Digərləri deyirlər ki, bu, qənimətdən bizim payımız olub-olmamasından asılıdır. Bəziləri isə kasıb olub deyirlər ki, ey Peyğəmbər, əgər qənimətdən bizə bir az versən, biz daha çox güc toplayıb digərlərinə verərik və sonrakı döyüşlərdə ruhla iştirak edərik.

captcha