IQNA

Quran tilavəti sənəti / 24

Quran qarisi Şaban Əbdül-Əziz Səyyad

12:01 - January 30, 2023
Xəbər sayı: 3493631
Əbdül-Əziz İsmayıl Əhməd Səyyad görkəmli Misir qiraətçilərindən biridir. Onun coşqulu və xalq tərəfindən bəyənilən qiraəti onu digər görkəmli Misir qiraətçilərindən fərqləndirir.

İqna-nın verdiyi məlumata görə, 1940-cı il sentyabrın 20-də Misirin məşhur qarilərindən olan Şaban Əbdül-Əziz Səyyad Misirin Menofiya əyalətinin “Səravə” kəndində anadan olub. Onun atası "Əbdül-Əziz İsmayıl Əhməd Əl-Səyyad" dövrünün yaxşı qiraətçilərindən idi. Ona görə də Şaban Əbdül-Əziz Səyyad uşaqlıqdan Quran tilavətini öyrəndi.

Şaban Əbdül-Əziz Səyyad Quranın qiraət və təcvid elmini öyrənmək üçün məktəbxanaya getmiş və yeddi yaşında Quranı bütünlüklə əzbərləmişdi. O, 12 yaşında Quran məclislərinə dəvət edilmişdir.

Bu misirli qari diplomunu aldıqdan sonra Misirin Əl-Əzhər Universitetinə getmiş və 1966-cı ildə Əl-Əzhər Universitetinin fəlsəfə sahəsini bitirmişdir. O, qiraətində daha çox Məhəmməd Rəfət, Məhəmməd Salam, Mustafa İsmayıl kimi ustadların üslubundan istifadə etmişdir.

1975-ci ildə ustad Şaban Əbdül-Əziz Səyyad Misir Quran Radiosunun qəbul imtahanında iştirak etdi və müvəffəqiyyətlə radioya daxil olaraq proqrama başlaya bildi. Ustad Səyyad beləcə məşhurlaşdı.

O, Misirin Əl-Hüseyn (ə)  məscidi və Həzrət Zeynəb (s) məscidi kimi ən böyük və məşhur məscidlərdə Quran oxuyub. Misirdə Quran tilavəti ilə yanaşı, Küveyt, BƏƏ, İordaniya, İran, Suriya, İraq, İndoneziya, İngiltərə, Fransa və Amerika kimi ölkələrə də səfər edib.

Ustad Şaban Əbdül-Əziz Səyyad qiraət etmək üçün Ustad Mustafa İsmayıl, Əbul-Eyneyn Şueyşə və Mahmud Əli Əl-Bənnanı əsas təşviqçiləri hesab edirdi.

Ustad Səyyadın qiraətləri coşqulu və xalq tərəfindən bəyənilirdi. Bu xüsusiyyət başqa tərzdə qiraətdə fərqli şəkildə görünür. Lakin ustad Səyyadın qiraət tərzində məclislərdə onun qiraətinə insanların reaksiyaları qiraətdə coşqu yaradır.

O, Quran qarisi olmaqla yanaşı, həm də gözəl elmi bir şəxs idi. Mərhum Seyyid heç vaxt Əl-Əzhər Universitetinin ustadlığını rəsmi olaraq qəbul etməyib. Lakin o, qeyri-rəsmi olaraq Quran ayələrinin məfhumları və təfsiri sahəsində yaxşı mövzulardan dərs deyirdi. Peyğəmbərin (s) hədislərinin izahı da Əbdül-Əziz Səyyadın verdiyi dərslərdəndir.

Əbdül-Əziz Səyyad Şeyx Mustafa Qəlvəş və Şeyx Məhəmməd Mahmud Tələvi ilə Küveytə getdi. Orada bir ay (Ramazan) Quran tilavəti etdilər. Bu müddət ərzində təhqiq formasında qiraətlərdən əlavə, bu üç nəfər Tərtil formasında da birlikdə tilavət etdilər.

Ustad Şaban Əbdül-Əziz Səyyad 1998-ci ildə 58 yaşında vəfat etdi.

kod

3998786

captcha