IQNA

Quran nə deyir? / 27

Sevdiyimiz şeylərdən infaq etməklə əldə edilən məqam

20:21 - August 30, 2022
Xəbər sayı: 3492833
“İnfaq” ayəsində buyurulur ki, yaxşı insanların məqamına çatmaq üçün sevdiyimiz şeyi bağışlamalıyıq. Daha çox sevdiyindən infaq etmək insana daha yüksək məqam bəxş edər.

İnfaq (ehtiyacı olana bir şey vermək mənasında) edərkən yaxşı insanların məqamına çatmaq üçün sevdiyimizi ehtiyacı olanlara verməli olduğumuz vurğulanır. Daha çox sevdiyindən infaq etmək insana daha yüksək məqam bəxş edər.

İnfaq, öz malından ehtiyacı olanlara bir şey vermək deməkdir. İnfaq “əta etmək”dən fərqlidir, çünki infaqda bağışlanan obyektin mülkiyyət hüququ həmişə ötürülür. Amma əta etməkdə bu, mütləq belə deyil.

“Birr” Quranın infaq və yaxşılıq etməyə işarə edən sözlərindən biridir. “Birr” həm də insanlara vəd edilən üstün və uca bir məqamdır ki, bir sıra yaxşı əməllərə riayət etməklə əldə edilə bilər. Bəzi hədislərdə “Birr” Allah qatında ən layiqli insanların məqamı kimi şərh edilmişdir. Əhli-beyt (ə) bunun nümunəsidir.

Bəs bu məqam kimə qismət olur? Allah “Ali-İmran” surəsində buyurur: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92(.

Bu ayədə “birr” kəlməsi həm dini, həm də əməli mənada geniş bir yaxşılıq olaraq təyin edilmişdir. Onun nümunələri isə cənnət, təqva, salehlərdən olmaq, iman və pak əməl sayılır. Bu ayə insanların sevdiyi maldan bəxş etməyi yaxşı insanların məqamına çatmağın şərtlərindən biri hesab edir.

Qurani-Kərimin müasir təfsirçisi Əllamə Təbatəbainin fikrincə, insanın sevdiyi şeydən ehsan etməsinin vacibliyi və onun insanın alicənab məqama çatmasındakı rolu ondan irəli gəlir ki, insan öz fitrətinə əsasən, sərvət toplamağa qəlbən bağlılığı var. Elə bil ki, mal onun həyatının bir parçasıdır. Necə ki, onu itirsə, canını itirmiş kimidir. İbadətlər arasında sədəqə elədir ki, can kimi bir şeyi insandan ayırır. Bu səbəbdən onu “birr” məqamına yetirməkdə təsirli olur.

captcha