İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf-Əşrəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəminin nəzdində ƏRBƏİN zəvvarları üçün İmam Rza (ə) adına "zairsara" (zəvvarlar üçün karvansara) hazırlanır.
İmam Əlinin (ə) müqəddəs hərəminin texniki idarəsi elan edib ki, "İmam Rza (ə) zairsarası" ƏRBƏİN zəvvarlarının istifadəsi üçün tam hazırdır.
Yasir Əbdüz-Zöhrə (İmam Rza (ə) zairsarası layihəsinin icraçı komitəsinin sədri) zairsaranın hər bir avadanlıqla təchiz olunduğunu vurğulayaraq deyib: Zairsarada 1000 litr su tutumu olan 4 suqızdırıcı, sanitariya avadanlıqları, işıq sistemi və havalandırma sistemləri quraşdırılıb.
O əlavə edib ki, bu zairsara gələn iki gün ərzində qapılarını ƏRBƏİN ziayrəti mərasiminə gələn zəvvarların üzünə açacaqdır.