IQNA

Qurani-Kərimdə nizam və intizam / 4

Quranda dogmatizmi tərk etmək və emosional nizam-intizam

20:16 - April 20, 2024
Xəbər sayı: 3495813
İQNA – Quran təlimləri işığında insanın fikir və istəklərə olan təəssübkeşliyi aradan qalxır və duyğuları idarə etmək qabiliyyəti yüksəlir.

Bəzi Quran inancları insanları duyğularına diqqətli və nizamlı olmağa təşviq etməkdə mühüm rol oynayır. Əslində, bu inanclar və təlimlər emosional nizam-intizam sisteminin yaradılması üçün əsas təşkil edə bilər. Məsələn, insanların bildikləri bəzən onlara təsir edir. Amma həmişə o işlərin və nəticələrin mənbəyi olmaya bilər, əks nəticə də verə bilər.

 Bəqərə” surəsinin 216-cı ayəsi: “Ola bilər ki, bir şey sizin üçün xeyirli olsa da, xoşunuza gəlməz. Bir şey sizin üçün pis olsa da, xoşunuza gələ bilər. Yalnız Allah bilir, siz bilmirsiniz”.

Bu ayə hər cür fikir və istəklərlə bağlı təəssübkeşliyi aradan qaldırır, fikrimizə və zövqümüzə zidd olan hadisələrə daha geniş baxış bucağı verir, hadisələrə fərqli prizmadan baxmağı və onları daha asan qəbul etməyi asanlaşdırır. Belə vəziyyət insanlara xüsusi sakitlik və dinclik bəxş edir və emosiyalarımızı idarə etməyimizi asanlaşdırır.

Bundan əlavə, hər şeyin Allahın nəzarətində və Onun iradəsindən asılı olduğu, kədər və qəm-qüssənin aradan qaldırılmasının Allahın əlində olduğu baxışı insana rahatlıq və aramlıq bəxş edir. Qurani-Kərimdə Lut peyğəmbərin (ə) əhvalatında elçilərin gözəl gənclər şəklində təcəssümünə işarə edilir və “Ənkəbut” surəsinin 33-cü ayəsində belə buyurulur: “Elçilərimiz onun yanına gəldikdə Lut (ə) onlardan narahat oldu və nə edəcəyini bilmirdi. Amma dedilər: “Qorxma, narahat olma!” onlar dedilər; “Biz səni və arvadından başqa bütün ailəni xilas edəcəyik; arvadınız da geridə qalanlardan olacaq”.

Qorxu həmişə bəyənilçəyən bir şeyə görə yaranır. Bəyənilməyən bir şey gələndə qəm və kədər gəlir.

Bu ayə Allahdan başqa heç bir köməkçinin olmadığını göstərir. Buna inanmayanlar daim qorxu, narahatlıq və qəzəb içində olurlar. Özünü və işlərini planlamağı Allaha tapşırıb, Onun köməyi və dəstəyi ilə məqsədlərinə çatmağa çalışdığı zaman əmin-amanlıq ona qayıdacaq.

captcha