IQNA

Fransız qəzetinin "Qəzzədə Ramazan" karikaturası reaksiyalara səbəb olub

5:57 - March 14, 2024
Xəbər sayı: 3495630
İQNA – Fransanın “Liberation” qəzetinin Qəzzada Ramazan ayı ilə bağlı irqçi karikaturasını dərc etməsi tənqidlərə səbəb olub.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Fransanın solçu “Liberation” qəzetinin Qəzza zolağında Ramazan ayı ilə bağlı irqçi karikaturası sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub.

Corinne Rey tərəfindən çəkilmiş bu karikatura Ramazanın Qəzzada başlanmasının İsrailin blokadası nəticəsində insani faciəyə və qıtlığa necə şahidlik etdiyini izah edir.

 “Qəzzədə Ramazan” adlı karikaturada qadın, dili çıxmış uşaq, dağıntılar arasından çıxan əl, ağzından su axan qəzəbli kişi, ağzında sümük parçaları ilə qaçan siçanlar var.

Karikaturada ağzından su axan və qəzəbli olduğu anlaşılan insanın ağzında sümükləri tutan siçanları qovduğu və qadının kişiyə "gün batmamışdan əvvəl olmaz" dediyi an təsvir edilib.

Bəzi sosial şəbəkə istifadəçiləri kaikaturanın “Fransada anti-islamizm nümunəsi” olduğunu bildirsələr də, digər qrup Qərbi ikiüzlülükdə ittiham edərək, Ukrayna xalqı üçün heç vaxt oxşar karikatura çəkilə bilməyəcəyini bildirib.

Müharibə və sionist rejimin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində Qəzzə əhalisi ciddi qida, su, dərman və yanacaq çatışmazlığı ilə üzləşib və aclıq astanasındadır.

Qəzza zolağında yaşayan 2 milyon 300 min insan elektrik enerjisi, su və qida qıtlığı səbəbindən çox çətin Ramazan keçirir.

4205141

captcha