IQNA

Fələstinli şəhidlər üçün namaz qılan iordaniyalı tələbələr universitetdən qovulub

7:06 - March 09, 2024
Xəbər sayı: 3495589
İQNA – Üç iordaniyalı tələbə Qəzzə şəhidləri üçün namaz qıldıqları və fələstinlilərlə həmrəylik elan etdikləri üçün universitetdən qovulublar.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, İordaniya İslam Elmləri Universiteti Fələstinlə həmrəy olduqlarını bildirmək üçün Qəzzə şəhidləri üçün qiyabi cənazə namazı qılan 3 tələbənin universitetdən çıxarılmasına qərar verib.

Universitetin tələbələrindən Üsamə Əl Cəhni mövzu ilə bağlı bunları deyib: "20-yə yaxın tələbə Qəzzə şəhidləri üçün qiyabi cənazə namazı qılmağa çalışırdılar. Namazın başlamasından bir neçə dəqiqə sonra universitetin təhlükəsizlik qüvvələri zorla aksiyanı dayandırdı və namaz qılan tələbələrdən birinə hücum etdi".

  Tələbələrə hücumdan sonra universitetin təhlükəsizlik işçiləri tələbələrə qarşı cinayət işi açaraq tələbələrin onlara hücum etdiyini iddia edib. O da qeyd olunub ki, hazırda məsələ məhkəmə orqanları tərəfindən araşdırılır.

Bu arada mərasimə qatılan bəzi tələbələr universitetin saytında heç bir əməliyyat edə bilmədiklərini görüblər.

Bildirilib ki, universitet tələbələrin istintaq kollegiyasındakı ifadələrini nəzərə almayıb və ixrac edilmələri ilə bağlı yekun qərar verib.

Qovulan tələbələrdən biri məzun olmaq üçün qeydə alınıb.

4203762

captcha