"İQNA", "Ərəbistan Vas" xəbər agentliyinə istinadən xəbər verir ki, sərgini Əl-Əhsa valisi Səud ibn Talal ibn Bəndər açıb. Mərasimdə dövlət və ölkə rəsmiləri iştirak ediblər.
Bu sərgidə 30 mərkəz tərəfindən toplanmış çoxlu sayda təfsir, hədis, fiqh, tibb, astronomiya və tarix sahələrinə aid nadir əlyazmalar və müxtəlif İslam tarixi sənədləri yer alır.
Sərgidə nümayiş etdirilən Quran nüsxələri arasında qızıl mürəkkəblə və xurma yarpaqlarına yazılmış nəfis cildli müshəflər də var.
Əl-Əhsanın ən qədim tarixi sənədi bu əyalətdəki Əl-Fəth məscidinin tarixinə aiddir. Dörd metr uzunluğunda, hicri 962-ci ildə yazılmışdır.
Bundan əlavə, sərgidə şəriət elmləri sahəsində 300-dən çox tarixi sənədə baxmaq olar. Məsələn, vəsiyyətnamələr, alqı-satqı, qiymətli daşlar, vəqf sənədləri və kommersiya sənədləri.
Bu vilayətin bəzi əlyazmaları və tarixi sənədləri video divar vasitəsilə ziyarətçilərə təqdim olunur.
4202148