IQNA

Hollandiyada İslamofobiyaya cavab olaraq Qurani-Kərimlər paylanıb

7:35 - February 13, 2024
Xəbər sayı: 3495458
İQNA – Hollandiyanın Arnhem şəhərində bir İslam təşkilatının idarəçiləri bu ölkədə Qurana qarşı edilən hörmətsizliyə reaksiya olaraq insanlara pulsuz Quran payladılar.

"İQNA", “Ərəb21” saytına istinadən xəbər verir ki, hollandiya müsəlmanları Qurani-Kərimi yandıran ekstremist qrupların islamofob hərəkətlərinə cavab olaraq “Vəhy kəlamı”nın hollandiya dilində nüsxələrini paylayıblar.

Hollandiyanın şərqindəki Arnhem şəhərində 6 məscid imamının təşkilatçılığı ilə “Yandırma, oxu” adlı tədbir keçirilib.

Tədbiri təşkil edən təşkilatın prezidenti Qalip Aydemir açıqlamasında İslamın və Quranın müsəlmanlar üçün niyə müqəddəs olduğunu insanlara göstərmək istədiklərini bildirib.

"Bizim hollandca İslam təlimlərini izah edən kitabçalarımız var" deyən Aydemir insanların suallarını cavablandırmaq üçün burada olduqlarını və hər kəsi məscidlərə dəvət edərək insanlarla bu şəkildə ünsiyyət qurmaq istədiklərini bildirib.

Həmçinin Arnhem əhalisini birlik və həmrəyliyə çağırıb və “Quran və bütün müqəddəs mətnlər yandırılmamalı, oxunmalıdır” ifadəsi işlədilib.

“Qərbin islamlaşmasına qarşı” radikal irqçi hərəkatın lideri Edvin Vaqensfeld ötən ay Qurani-Kərimi yandırmağa cəhd etsə də, müsəlmanların etirazı nəticəsində buna nail ola bilməyib.

İki İslam təşkilatı, Daliel və Waaromislam, keçən ay Hollandiyada Quran paylaması kampaniyasına başladılar. Onlar gündəlik həyatda ahəngdar birgə yaşayışı təşviq etməyi hədəflədilər və kitab yandırmaqdansa, oxumağın vacibliyini vurğuladılar.

Bu iki təşkilat İslamı izah etmək və suallarını cavablandırmaq üçün stendlər quraraq insanlara kömək etməyə çalışır.

Ölkənin tanınmış anti-islam siyasətçisi Geert Vildersin rəhbərlik etdiyi sağçı PVV partiyası ilə Hollandiyada siyasi mühitdə köklü dəyişiklik olub. Bu yaxınlarda parlament seçkilərində qalib gələn anti-islam siyasətçi bəzi anti-müsəlman siyasətindən əl çəkib.

4199363

captcha