IQNA

Amerikada məscid imamına silahlı hücum olub

9:20 - January 06, 2024
Xəbər sayı: 3495248
İQNA - Nyu-Cersi polis rəsmiləri Nyu York yaxınlığındakı Nyuark məscidinin imamına hücum edildiyini bildiriblər.

"İQNA", Rusiyanın “Əl-Yəvm” saytına istinadən xəbər verir ki, polis, məscidin imamı çərşənbə günü Nyuark məscidi qarşısındakı silahlı hücumda güllələndiyini və Nyuark Universitetinin xəstəxanasına aparıldığını və vəziyyətinin ağır olduğunu bildirib.

Dövlət ittihamçısı Metyu Plotkin deyib: “Bu cinayətin motivinin İslama qarşı nifrət olduğunu göstərən heç bir məlumat yoxdur. Bu hərəkət mütləq zorakılıq aktıdır”.

Nyu Cersidəki Amerika-İslam Münasibətləri Şurası bu hadisə ilə bağlı məlumat topladığını açıqlayıb.

Şura açıqlamasında bu hadisə ilə bağlı narahatlığını ifadə edib və məlumatı olanlara məscidlərə və müsəlmanlara qarşı dözümsüzlüyün artdığı bu dövrdə polisə müraciət etməyi, diqqətli olmağı tövsiyə edib.

4191913

 

Teqlər: amerika ، İslam ، müsəlman ، məscid
captcha