IQNA

Amerikada ikinci ən böyük din 2040-cı ilə qədər İslam olacaq

2:00 - December 28, 2023
Xəbər sayı: 3495193
İQNA – “Pure Research” İnstitutunun araşdırmasına görə, İslam 2040-cı ilə qədər Amerikada Xristianlıqdan sonra ikinci ən böyük din olacaq.

"İQNA", "Ümmət Future" saytına istinadən xəbər verir ki, araşdırmalara əsasən, İslam Amerikada yəhudiliyi geridə qoyaraq xristianlıqdan sonra ikinci ən böyük din olacaq.

Bu araşdırma “Pure Research” İnstitutunu tərəfindən 2022-ci ildə 40 min Amerika vətəndaşı arasında aparılan sorğunun nəticəsidir.

Araşdırmaya görə, Amerika əhalisinin 67%-i xristianlığa, 6%-i isə İslam da daxil olmaqla bütün digər dinlərə mənsubdur.

Araşdırmalar göstərir ki, yəhudiliyin İslamdan geri qalmasının əsas səbəbi müsəlman əhalinin sayının sürətlə artmasıdır.

Bu araşdırmaya görə, 2050-ci ilə qədər Amerikadakı müsəlmanların sayı indiki əhalinin sayından iki dəfə artacaq. Bu arada, son ictimai rəy sorğularına görə, Amerika xalqının dini meyllərində azalma müşahidə olunur.

2023-cü ildə aparılan araşdırmaya görə, amerikalıların 35%-i heç dindar olmadıqlarını, 47%-i isə çox dindar olduqlarını bildiriblər.

Bu araşdırmaya görə, müsəlman əhalisi sürətlə artır və bu dəyişiklik müsəlmanların Amerikada ikinci ən böyük dini qrup olaraq yəhudilərin yerini almasına səbəb olacaq.

   4190317

captcha