IQNA

İspan rejissorun Avropa sivilizasiyasında müsəlmanların tarixi rolunu vurğulaması

8:43 - December 17, 2023
Xəbər sayı: 3495137
İQNA – İspaniyanın “Əlhambra qurucuları” sənədli filminin rejissoru İzabel Fernandez müsəlmanların elmin və elmi metodların Avropaya tanıdılmasında və nəticədə Avropa sivilizasiyasının formalaşmasında tarixi və mühüm rolu olduğunu bildirib.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, “Əlhambranı tikənlər” adlı ispan sənədli filminin rejissoru İzabel Fernandez bildirib ki, sənədli film Əndəlüsdəki sonuncu İslam dövləti olan Qranada əmirliyi dövründə tikilmiş bir sarayın hekayəsindən bəhs edir.

Ötən il çəkilən bu sənədli film sarayın ilk dəfə tikilmə səbəblərini və 14-cü əsrdə onun tikintisində iştirak etmiş iki əmirin hekayətini əhatə edir.

Bu, bizim Əndəlüs tariximizin və Avropa tariximizin bir hissəsini təmsil edir, lakin o dövrün sənət tarixi və bu memarlıq üslubunun banisinin kim olduğu haqqında kifayət qədər məlumatımız yoxdur" deyən Fernandez, bildirib ki, hər dəfə bu sarayı ziyarət edəndə bu ecazkar binanın niyə tikildiyi və bunun ona niyə bu qədər təsir etdiyi barədə kifayət qədər məlumatı olmadığını hiss edir.

Fernandez Əndəlüsdəki müsəlmanların müasir elmə böyük töhfələr verdiyini də qeyd edib.

O, sözünə belə davam etdi: “Bu barədə kifayət qədər məlumatımız yoxdur. Əlhambra haqqında daha çox öyrənmək və bu bilikləri yaymaq üçün bu sənədli filmi hazırladım. Çünki İspaniyada müsəlmanlar olmasaydı, Avropanın tarixi başqa cür olardı. Müsəlmanlar Avropa və dünya tarixinin inkişafında, xüsusilə elm sahəsində mühüm rol oynamışlar”.

Fernandezin çəkdiyi sənədli film tarixi ön mühakimələri qırmağa və tarixi faktları araşdırmağa kömək etdi.

4188053

captcha