IQNA

Namaz haqqında maraqlı məqamlar / 18

Namaz və Qiyamət günü

13:24 - October 23, 2023
Xəbər sayı: 3494904
TEHRAN (İQNA) – Namaz, Məad anlayışı ilə xüsusi əlaqəsi olan əsas ibadətlərdən biridir.

Qiyamət inancına görə insanlar bir neçə qrupa bölünürlər:

1_ Qiyamət gününə şəkk edənlər: “...Ey insanlar! Əgər öldükdən sonra yenidən diriləcəyinizə şübhə edirsinizsə” (Həcc, 5).

2_ Qiyamət gününü bilənlər: “Onlar Rəbbi ilə mütləq qarşılaşacaqlarını və Ona tərəf qayıdacaqlarını bilənlərdir”. (Bəqərə, 46).

3_ Qiyamət gününə yəqinliklə əmin olanlar: “Bu, namaz qılan, zəkat verən və axirətə yəqinliklə inanan möminlər üçün hidayət və müjdədir“ (Nəml, 31).

4_ Qiyamət gününü inkar edənlər: “Biz qiyamət gününü inkar edirdik” (Müddəssir, 46(.

5_ İman gətirib unudurlar: "... Həqiqətən, Allah yolundan azanları haqq-hesab gününü unutduqlarına görə şiddətli bir əzab gözləyir" (Sad, 26).

Quran şəkk-şübhəni aradan qaldırmaq üçün dəlillər gətirmiş, möminləri və qiyamət gününü bilənləri tərifləmiş, kafirlərdən inkarlarının səbəblərini sübut etmələrini istəmişdir. Beşinci qrup insanların unutmaması üçün daimi xatırlatmalar edib.

Namaz şübhələri aradan qaldırır, qəfləti xatırlamaya çevirir. İnsan namaz qılarkən “Maliki yəvmiddin”, yəni “din gününün sahibi” deməklə gecə-gündüz ən azı on dəfə qiyamət gününü xatırlayır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha