IQNA

İnkişaf yolu / 1

İnsan inkişafına gedən yol

7:53 - October 15, 2023
Xəbər sayı: 3494868
TEHRAN (IQNA) – İslamın əxlaqi əmrləri insan ruhunun tərbiyəsi və Uca Allaha ibadət və bəndəlik yolunda inkişaf etmək üçün ifadə edilir.

  Şübhəsiz ki, bütün insanlar kamillik və səadət axtarışındadırlar. Bəs insanın kamilliyi və səadəti nədədir?

  Böyük bir qrup insan, dini əsaslara inanmadıqları üçün öz xoşbəxtliyini var-dövlət, şöhrət və ya güc əldə etmək kimi maddi və dünyəvi sistemin hüdudları daxilində hesab edir.

  Bəziləri öz kamallarını maddi imkanlarda bilirlər. Həzrət Musanın (ə) qövmündən bir dəstə kimi deyirlər: “(Bir gün Qarun) faxir libas geyib öz zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı əyanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!” (Qəsəs, 79). Münafiqlər kimi bəziləri öz xoşbəxtliyini yadlarla dostluqda görürlər. “O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!” (Nisa, 139).

  Bir qrup öz şərəf və kamilliyini maddi biliklərin mehvərində görürlər və buna sevinirlər: “Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəldikləri zaman onlar öz biliklərinə -batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı)” (Ğafir, 83).

  Bəziləri şərafətlərini böyük var-dövlətdə və cəmiyyətin çox olmasında görürlər. “(Bu adamın) başqa sərvəti (gəliri) də var idi. O öz (yoxsul mömin) yoldaşı ilə söhbət edərkən (təkəbbürlə) ona dedi: “Mən səndən daha dövlətli və əşirətcə (qəbilə, qohum-əqrəba, övlad, qulluqçu və s. cəhətdən) səndən daha qüvvətliyəm!” (Kəhf, 34).

  Bəziləri öz səadət və nicatlarını üstünlük etməkdə görürlər. Necə ki, Firon deyir: “Bu gün üstünlük əldə edən şəxs nicat tapacaqdır! (Mətləbinə yetişəcəkdir!)” (Taha, 64).

  Amma İslam nöqteyi-nəzərindən səadətə aparan ən yaxşı və ali yol ruhun tərbiyəsidir.

  İlahi peyğəmbərlərin və dini rəhbərlərin göndərilməsi də bu məqsəd üçündür: “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər” (Ali-İmran, 164).

  Maraqlıdır ki, Həzrət Peyğəmbər (s) özü də bu həqiqəti bəyan edir və buyurur: “Mən məkarimul-Əxlaqı və onun gözəlliklərini təkmilləşdirmək üçün göndərilmişəm”.

   Qurani-Kərimdə əxlaqi ləyaqət əlaməti olan çoxlu əmrlər var və onun nümunələri qeyd olunub.

  1. Sizinlə döyüşməyən kafirlərə yaxşılıq edin və ədalətlə davranın (Mümtəhənə, 8).
  2. Bütpərəstlərə pis və çirkin sözlər deməyin (Ənam, 108).
  3. Kitab əhli ilə yacşı tərzdə danışın (Bəqərə, 83).
  4. Kitab əhli ilə gözəl şəkildə mübahisə edin (Ənkəbut, 49).
  5. Cahillərə qarşı dözümlü olun və onlardan üz döndərin (Əraf, 199).
  6. Müşrik ata-ana ilə yaxşı şəkildə yola edin (Loğman, 15).
  7. Yoxsullara biganə qalma və onları rədd etmə (Ənam, 52).
  8. Sizi məhəbbət göstərən insanlara daha yaxşı cavab verin (Nisa, 86).
  9. Sizinlə pis şəkildə davranan insanların pis işlərini aradan qaldırın (Möminun, 96).
  10. Allahdan diləyin ki, qəlbinizdə din qardaşlarınıza qarşı nifrət olmasın (Həşr, 10).

  Əhəmiyyətli bir məqam ondan ibarətdir ki, bu əxlaqi əmrlər silsiləsi və buna bənzər əmrlər insan ruhunun tərbiyəsi, Uca Allaha ibadət və bəndəlik yolunda inkişaf etmək məqsədi daşıyır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İnkişaf yolu" kitabından götürülmüşdür
captcha