IQNA

Vəhdət konfransının əsas məqsədi Vahid ümmətə nail olmaqdır

11:08 - October 02, 2023
Xəbər sayı: 3494816
TEHRAN (İQNA) - Höccətül-İslam Şəhriyari: "İslam cəmiyyətlərinin əməkdaşlıq edərək əldə edə biləcəyi ən mühüm ortaq dəyərlərdən biri sabit təhlükəsizlikdir".

"İQNA", xəbər verir ki, 37-ci Beynəlxalq İslami Vəhdət Konfransı İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin iştirakı ilə başlayıb. Qurani-Kərimin tilavəti ilə başlayan konfrans İran İslam Respublikasının dövlət himninin səsləndirilməsi ilə davam edib.

İlk olaraq Dünya İslam Məzhəblərinin bir-birinə yaxınlaşdırma Asambleyasının baş katibi Höccətül-İslam Şəhriyarinin çıxış etdiyi konfransda yerli və xarici şəxsiyyətlər iştirak edib.

Çıxışında Peyğəmbərin mövludu münasibətilə təbrik deyən Şəhriyari vəhdət konfransının əsas məqsədinin “Vahid Ümmət” olduğunu qeyd edib. Bu Quran sözünün ümmətin can atması lazım olan bir ideal olduğunu əlavə edən Şəhriyari əlavə edir ki, məsələn, vahid İslam valyutasının olması, ümumi qanun və qaydaların həyata keçirilə biləcəyi və konsensusun əldə oluna biləcəyi vahid parlamentin formalaşmasına ümid etdiklərini bildirdi.

Son zamanlar İslamofobiyanın artmasına toxunan Şəhriyari Qurani-Kərimin sivilizasiya vəd edən müqəddəs bir kitab olduğunu vurğulayaraq, “Sülh və dostluq, hegemonların zülmünə qarşı müqavimət onun həyat verən təlimlərindəndir” deyib. Dünyada zalımların islamofobiyanı alovlandırdığını və məzlumları hüquqlarından məhrum etdiyini xatırladan Şəhriyari Quranın məzlumların suverenliyini vəd etdiyinə diqqət çəkib.

Bölgədəki münaqişələrdən danışan Şəhriyari Yəmən və Suriyada müharibələrin bitməsini alqışladıqlarını qeyd edərək, bölgədə sülhün əldə olunması üçün tərəflərin dialoq aparmasının və silahı yerə qoymasının vacibliyini vurğulayıb.

Şəhriyari Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında siyasi əlaqələrin yenidən qurulmasından məmnunluğunu ifadə edərək xatırladıb ki, İranın 13-cü hökuməti qonşular və region ölkələri ilə əlaqələrə üstünlük verir.

İslamda tez-tez vurğulanan ailə məfhumundan danışan Dünya İslam Məzhəblərinin bir-birinə yaxınlaşdırma Asambleyasının baş katibi deyib ki, qərb ölkələrində ailə anlayışı ilə bağlı pis cəhdlər var. “İslam ölkələri beynəlxalq sənədlərə ailənin qeyri-insani tərifinin daxil edilməsinə səbəb olan səylərə qarşı çıxmaq üçün əməkdaşlıq etməlidir”. Şəhriari Fələstin məsələsinə də toxunub və deyib ki, İslam dünyasının prioriteti “məzlum Fələstin xalqına dəstək olmaqdır”. Qonşu ölkələrin məsuliyyətinin daha ağır olduğunu qeyd edən Şəhriari qəsbkar sionist rejimlə münasibətlərin və müttəfiqliyin normallaşmasının heç vaxt İslam dünyasına fayda verməyəcəyi barədə xəbərdarlıq edib.

Tehranda keçirilən 37-ci Beynəlxalq Birlik Konfransında 41 ölkədən yüksək səviyyəli şəxsiyyətlər iştirak edir.

Misir, Əlcəzair və Tunis də daxil olmaqla 20 fərqli ölkədən 110 nəfərin qatıldığı konfransa fars, ərəb, ingilis və türk dillərində 205-dən çox məqalə göndərilib.

  4172173

captcha