IQNA

Dubayda dünyanın ilk suda üzən məscidi tikiləcək

10:04 - September 23, 2023
Xəbər sayı: 3494779
ƏBU DABİ (IQNA) – Dubayın İslam İşləri və Xeyriyyə Fəaliyyətləri Departamenti 75 nəfərə qədər ibadət edə biləcək sualtı məscid tikməyi planlaşdırdığını açıqlayıb.

"İQNA", "Xəlic Times"-a istinadən xəbər verir ki, Dubay rəsmiləri 55 milyon dirhəm dəyərində su altında üzən məscid tikmək planını açıqlayıb.

Yayımlanan konseptual görüntülərə görə, bu məscidin strukturunun yarısı yaşayış sahələrini və suyun üstündəki çayxananı, digər hissəsi isə ibadət zalı da daxil olmaqla suyun altında olacaq.

Dünyada xüsusi arxitekturaya malik bu cür ilk tikili üç mərtəbədən ibarət olacaq. O, sualtı ibadət zalı ibadət yeri kimi istifadə olunacaq. Bu məscidin tutumu təxminən 50-75 nəfər olacaq. Onlar su altında namaz qılmaqda unikal təcrübəyə malik olacaqlar. Su altında qalan bu tikilinin dəstəmazxanası və tualeti də olacaq.

Bu məscidin planları Dubayın İslam İşləri və Xeyriyyə Fəaliyyətləri Departamentinin (IACAD) dini turizm layihəsi ilə bağlı toplantısı zamanı açıqlanıb.

 

Bu təşkilatın üzvü Əhməd Əl-Mənsuri bildirib ki, BƏƏ-də bu məscidin tikintisi yaxın vaxtlarda başlayacaq. Məscidin dəqiq yeri hələ müəyyən edilməyib.

Əl-Mənsuri deyib: "Bu məscid sahilə çox yaxın olacaq. İbadət edənlər bu məscidə quruya bağlı körpü vasitəsilə daxil ola bilərlər".

O, məscidin bütün dinlərin nümayəndələri üçün açıq olacağını, lakin ziyarətçilərdən örtülü geyimdə olmalarının tələb olunacağını bildirib.

4170358

 

captcha