IQNA

İngiltərədə "Hicabın gücü" heykəlinin quraşdırılması

10:48 - September 22, 2023
Xəbər sayı: 3494772
LONDON (IQNA) – İngilis sənətkarın “Hicabın Gücü” heykəli final mərhələləri başa çatdıqdan sonra İngiltərənin Birmingem şəhərində quraşdırılacaq.

"İQNA", "Birmingem Mail"-a istinadən xəbər verir ki, “Hicabın Gücü” adlı bu sənət əsəri müsəlman qadınlarını təqdir etmək üçün yaradılmışdır.

Məşhur ingilis sənətkarı Luke Perry bu heykəlini 6 ayda yaratdı. O, bunu yaratmaq üçün dəyər verilmədiklərini hiss edən müsəlman qadınlardan ilham aldığını bildirib.

 “Hicabın Gücü” adlı əsərində hicablı müsəlman qadın təsvir edilib və onun əsasında “Sevilmək və seçdiyi hər şeyə görə hörmət olunmaq qadının haqqıdır” sözləri yazılıb.

Sənətkar, heykəli ərsəyə gətirmək üçün  cəmiyyətdə diqqətdən kənarda qaldıqlarını hiss edən bölgədəki müsəlman qadınlarla söhbətdən ilhamlandığını bildirib. O dedi: "Mən bu işin nəticəsindən çox razıyam. Amma ən əsası, əldə etdiyimiz rəylərdir ki, indiyə qədər əla olub".

4170019

captcha