IQNA

Kərbəlada Ərbəin zəvvarlarının ən uzun əlyazma Quranı yazması

9:59 - September 12, 2023
Xəbər sayı: 3494728
KARBALA (IQNA) – İmam Hüseyn (ə) Hərəmi elm xadimləri və böyük din xadimləri, eləcə də Ərbəin mərasiminin zəvvarlarının iştirakı ilə əlyazma Quran yazma proqramını həyata keçirdi.

"İQNA", İmam Hüseyn (ə) Hərəminin verdiyi məlumata istinadən xəbər verir ki, Ərbəin mərasimində iştirak edən zəvvarların Qurani-Kərimin xəttatlığı təşəbbüsü İmam Hüseyn (ə) Hərəminin Beynəlxalq Quran Təbliği Mərkəzi tərəfindən həyata keçirilib.

Bu plan elmi hövzələrin təbliğ layihəsinin bir hissəsi idi. Bu layihə geniş şəkildə diqqət çəkdi və müxtəlif ölkələrdən çoxlu sayda alim, din xadimi və zəvvar orada iştirak etdi.

Bu mərkəzin rəhbəri Müntəzir Əl-Mənsuri İmam Hüseyn (ə) Hərəminin saytına verdiyi müsahibədə deyib: "Builki Ərbəin ziyarəti mühüm hadisələrin şahidi oldu ki, onların arasında Nəcəf Əşrəf elmi hövzəsinin zəvvarların Qurani-Kərim yazması üçün planlaşdırdığı təbliğat layihəsinə mərkəzimizin təşəbbüsü və dəstəyini qeyd etmək olar.

O, bildirdi: "Bu təşəbbüs “Quranla əhd-peyman” şüarı ilə həyata keçirilib. Bu, Allahın kitabını ləkələmək cəhdlərinə cavab idi".

O, bu Quranın xüsusiyyətləri ilə bağlı dedi: "Bu Quran tamamilə (300) metr uzunluğunda məxmər parça üzərində işlənib və ən uzun Quran sayılır".

4168087

captcha