IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əl-Sudeyri etimadnaməsini Fələstin prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib, Fələstin dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.
Naif əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat sayılır.