IQNA

Qərb ölkələrini Quranın həqiqəti ilə maarifləndirmək lazımdır

12:07 - August 03, 2023
Xəbər sayı: 3494554
TEHRAN (IQNA) - Malayziyanın Malaya Universitetinin İslam tarixi və sivilizasiyası kafedrasının müdiri deyib: “Quran müsəlmanların qırmızı xəttidir və Qərbdəki insanlara Quranın həqiqəti və İslam dini haqqında məlumat verilməlidir”.

"İQNA", xəbər verir ki, “Əziz kitab” beynəlxalq vebinarı İQNA-nın təşkilatçılığı ilə Qurana qarşı təhqirlərin təkrarlanmasının qarşısının alınması üçün ən mühüm tədbirlərin akademiklər baxımından araşdırılması məqsədi ilə avqustun 1-də keçirilib.

Malayziyanın Malaya Universitetinin İslam Tarixi və Sivilizasiyası Departamentinin rəhbəri Məhəmməd Raslan ibn Məhəmməd Nur bu vebinarın təşkilatçılarına təşəkkür edərək "Hicr" surəsinin 9-cu ayəsini oxuyub: "Şübhəsiz ki, Biz bu Quranı yavaş-yavaş nazil etdik. Biz onu qoruyucayıq". O sonra belə deyib: "Allah öz kitabında Quranı qoruyacağını vəd etmişdir; Bu müqəddəs kitab 1400 ildir ki, nazil olduğu şəkildə qorunub saxlanılıb. Quranın yandırılması və təhqir edilməsi onun müqəddəsliyinə və məqamına təsir etmir və etməyəcəkdir".

O əlavə etdi: "Qərbdə yaşayan müsəlmanların əksəriyyəti ağdərili olmayan və müxtəlif ölkələrdəndir. İslam müqəddəslərinin təhqir edilməsi adətən müsəlman mühacirlərə qarşı olan və müsəlmanların Qərbə qarşı əsassız məkrli nəzəriyyələrini təbliğ edən ifrat sağçı qruplar tərəfindən dəstəklənir və həyata keçirilir. İsveçdə baş verən son hadisədə, bir çoxlarının ifrat sağçı hərəkatların dəstəyi ilə edildiyinə inanılan bu təhqirin səbəbkarı iraqlı bir mühacir olub".

Məhəmməd Raslan bildirib: "Biz hesab edirik ki, söz azadlığının keçilə bilinməyəcək qırmızı xətləri olmalıdır. Quran müsəlmanların qırmızı xəttidir".

O, vurğuladı: "Qərbdə Qurani-Kərimin təhqir olunması ilə bağlı digər təklifim budur ki, İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr təhqir edən ölkələrlə münasibətlərini azaltsınlar. Keçən ay BMT-nin insan haqları qurumu müqəddəslərə hörmətin zəruriliyi ilə bağlı qətnamə qəbul etdi ki, bu da müsbət addım idi.

Bu universitet ustadı sonda dedi: "Bu kontekstdə İslamın qərb dünyasına tanıdılması zəruridir. İslam həqiqətlərini başqalarına çatdırmalıyıq; Qərb cəmiyyətləri Quranı öyrənməli və onun məzmunundan xəbərdar olmalıdırlar. Müsəlmanların cavabı nifrət və islamofobiya ilə müxalifətçilik olmalıdır. Müsəlmanlar birlik olmalıdırlar. Onlar ifrat sağçı qruplara qarşı lobbiçilik etməli və müsəlmanlara yaxın olan qeyri-müsəlman ölkələrindən dəstək almalıdırlar".

4159777

captcha