IQNA

"İQNA"-da "Əziz kitab" beynəlxalq vebinarı keçirilib

18:59 - August 02, 2023
Xəbər sayı: 3494552
TEHRAN (IQNA) - İslam dünyasının müxtəlif ölkələrinin alimləri və akademik şəxsiyyətləri nəzərindən Qurani-Kərimə qarşı təhqirlərin təkrarlanmasının qarşısının alınması üçün ən mühüm tədbirlərin araşdırılması məqsədi ilə “Əziz kitab” beynəlxalq vebinarı keçirilib.

"İQNA", xəbər verir ki, "Əziz kitab" beynəlxalq vebinarı "İQNA"-nın təşkilatçılığı ilə Qurana hörmətsizliyin təkrarlanmasının qarşısının alınması üçün ən mühüm tədbirləri alimlərin nəzərindən araşdırmaq məqsədi ilə keçirilir.

Bu vebinar avqustun 1-də Tehran vaxtı ilə saat 14:00-da keçirilib.

İslam dünyasının bir qrup görkəmli mütəfəkkirləri və ustadları "Əziz kitab" beynəlxalq vebinarında iştirak edib:

Onların adları belədir:

Qətərdən olan Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Muhyiddin Əl-Qaradağı

Malayziya İslam Təşkilatları Şurasının katibliyinin rəhbəri Əzmi Əbdül-Həmid

Tehran Universitetinin İlahiyyat və İslamşünaslıq fakültəsinin dekanı Mahmud Vaizi

Malayziyanın Malaya Universitetinin İslam tarixi və sivilizasiyası kafedrasının müdiri Məhəmməd Raslan ibn Məhəmməd Nur

Misirli məşhur qiraətçi Əbdül-Fəttah Əl-Taruti

Kufə Universitetinin Təhsil Elmləri Fakültəsinin dekanı İbtisam Əbdül-Kərim Əl-Mədəni

  İraqdan Əl-Zəhra Universitetinin (ə) prezidenti Zeynəb Əl-Mulla Əl-Sultani

  İraqdan Nəcəf İslam Universitetinin Quran elmləri fakültəsinin rəhbəri Məhəmməd Rəsul Əl-Səffar

Livan İslam Universitetinin prezidenti Hüseyn Əl-Leqeys

4159512

captcha