IQNA

Ailə və qadın Quran baxımından / 7

Quran nəzərindən ailədə aramlığın amilləri

19:57 - July 10, 2023
Xəbər sayı: 3494440
TEHRAN (IQNA) – Xoş vədlər, iman, ilahi lütf və xeyirxahlıq ailədə aramlığı artıran ən mühüm amillərdəndir.

Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) verdiyi məlumata görə, Məhəmməd Əli Rzai İsfahani "Rum" surəsinin 21-ci ayəsinə istinad edərək, ailədə aramlığın amilini Quran baxımından ifadə edib. Onun bir hissəsini aşağıda oxuya bilərsiniz:

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Rum, 21). Bu ayə Quranın qəribə ayələrindən biridir ki, kimsə bu barədə ayrıca kitab yazmalıdır. Bu ayə qadını Allahın nişanəsi kimi tanıtdırır və kişiyə aramlıq gətirdiyini bildirir.

İnsan aramlığını təmin edən amillər:

1_ Vədlər vermək: Ailəyə vədə vermək müzakirəsində çox vurğu edilir. Kişi ailəsinə yalan vədlər versə belə, ümid vermənin bir növü olduğu üçün problem yoxdur. Bədr döyüşündə möminlər mələkləri görməsələr də, Allah onlara mənəvi dayaq olmaq üçün 3 min mələk göndərəcəyini vəd etmişdi.

2_ Xeyir yetirmək: İnsanın ruhi hallarından biri də odur ki, ona xoşbəxtlik və ya müjdə gələndə aramlıq tapır. Ona görə də həyat yoldaşına yaxşılıq etmək aramlıq gətirir. Kişilər aylıq maaşlarının bir hissəsini həyat yoldaşlarına verməli və ya həccə, səfərə getsələr, həyat yoldaşı olmadan getməməlidirlər.

3_ Allahı zikr etmək: Qurani-Kərim Allahı zikr etməyi aramlıq mənbəyi hesab edir. Allahı zikr etmək təkcə əlində təsbeh tutmaq deyil ki, bu da öz yerində yaxşıdır. Amma namaz, Allahı yad etməyi başqalarına çatdırmaq, bir-birini yaxşılığa təşviq etmək, Quran oxumaq və s... Allahı zikr etməyin bariz nümunələrindən biri kimi sadalanır.

4_ İman: Quranda iman və onun aramlıqdakı rolu haqqında çoxlu ayələr var. Ailədə inam nə qədər çox olarsa, qəlb rahatlığı da bir o qədər çox olar. İman mütaliə etməklə, namaz qılmaqla, Quran oxumaqla, ziyarət etmək və xeyirxah insanlar və alimlərlə ünsiyyət qurmaqla artacaq. iman nə qədər çox olsa, ailə də bir o qədər möhkəm olar.

3668902

captcha