IQNA

Ailə və qadın Quran baxımından / 4

İslam nikahın qanuni və asan olmasını istəyir

19:47 - June 24, 2023
Xəbər sayı: 3494370
TEHRAN (IQNA) – İslam aşkar və qanuni nikahı vurğulayır; Peyğəmbər (s) buyurmuşdur ki, məsciddə nikah qılın və nikah mərasiminə insanları şahid tutun.

Həzrət Peyğəmbər (s) buyurur: "Mən qocalmazdan əvvəl məni qocaldan qadından Allaha sığınıram". Yola getməyən qadın ərinin qocalmasına səbəb olur. Buna əsasən, fərqli dini, sosial, mədəni və elmi ölçüləri olan evlənənlərin bir-birinə uyğun olmasının çox mühüm olduğunu söyləmək olar.

Aramlığı pozan şeylərdən biri də gizli evlənməkdir. Buna görə də hədislərdə aşkar şəkildə evlənmək vurğulanır. Peyğəmbər (s) buyurmuşdur ki, məsciddə nikah qılın və nikah mərasiminə insanları şahid tutun.

  Kişi və qadının nikahdan əvvəl fiziki qüsurlarını və bəzi vərdişlərini gizlətmələri də onları rahatlıqdan məhrum edir. Bu səbəbdən də evlilik məsləhətləşmələrində heç bir şey ört-basdır edilməməli və nöqsanlar böhtan atılmadan qeyd edilməlidir ki, nikah tam agahlıqla gerçəkləşsin.

Dinin məqsədi aramlıq gətirmək üçün qadın və kişi arasında halal yolla cinsi əlaqə qurmaqdır. Hətta bu məsələnin spermaya da təsir etdiyi bildirilmişdir. “Maidə” surəsinin 5-ci ayəsində nikahdan əvvəl gizli dostluq və qeyri-qanuni münasibətlərin evlilikdən sonra stress və problemlər yaratdığından nikahın qeydiyyata alınması və rəsmiləşdirilməsi çox mühümdür.

Bugünkü yalançı irfanlardan biri də “Oşo”dur; Bu məzhəbin lideri hesab edir ki, millətlərin birliyi parçalanmalıdır və bunun üçün ailənin dağılması lazımdır. Bütün problemlərin kökündə nikah dayanır. O, nəsli davam etdirmək üçün evlənmək əvəzinə süni mayalanmanı təklif edir.

Dünyada bu düşüncələr insan cəmiyyətini məhvə doğru aparır ki, bunun da əlbəttə ki, öz tərəfdarları var. İnsanları bu məktəblərə cəlb edən əsas səbəb cinsi azadlıq və azğınlıq olduğu halda, İslam qanuni, asan və aşkar evliliyə önəm verib.

* Bu, Məhəmməd Əli Rzai İsfahaninin ailə haqqında söylədiyi sözlərdən bir hissədir.

3671892

captcha