IQNA

BMT: 28,3 milyon əfqanıstanlının humanitar yardıma ehtiyacı var

15:23 - March 13, 2023
Xəbər sayı: 3493842
Dünyadakı ən böyük humanitar böhranlardan biri Əfqanıstanda müşahidə edilməkdədir – 28 milyondan çox əfqanıstanlının yardıma ehtiyacı var.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Bu barədə BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (HMKİ) Əfqanıstanda ofisindən məlumat verilib.

“Əfqanıstan hazırda dünyadakı ən böyük və daha ciddi humanitar böhranlardan birini yaşamaqdadır: 2023-cü ildə rekord sayda insanın – 28,3 milyon nəfərin, yəni ölkə əhalisinin 2/3-sinin humanitar kömək və müdafiəyə ehtiyaclıdır“, – deyə bildirilib.

Xatırladaq ki, adıçəkilən ölkədə 2021-ci ildə 18,4 milyon insanın, 2022-ci ildə isə 24,4 milyon insanın yardıma ehtiyacı var idi.

BMT-dən bəyan edilib ki, 22,8 milyon əfqan daim yarıac-yarıtox vəziyyətdədir, 8,7 milyon sakin isə aclıqdan əziyyət çəkir.

Qeyd edək ki, hazırda Əfqanıstan əhalisinin sayı təxminən 41,4 milyon nəfər olaraq qiymətləndirilir.

captcha