IQNA

Seneqala 120000 nüsxə Quran hədiyyə edilib

10:45 - January 03, 2023
Xəbər sayı: 3493511
Səudiyyə Ərəbistanı Kral Fəhdin xüsusi nəşri olan Qurani-Kərimdən 120 min nüsxə Quranı Seneqala hədiyyə edib.

"İQNA", "Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Fəhdin nəşriyyatından 120 min nüsxə Qurani-Kərimi Seneqala hədiyyə edib. Bu nüsxənin hava limanından köçürülməsi üçün texniki və maddi şərtlər hazırlandıqdan sonra bir sıra nazirlərin, siyasi xadimlər və bu ölkənin rəsmi mediasının iştirakı ilə Səudiyyə Ərəbistanının Seneqalın paytaxtı Dakardakı səfirliyinin baş ofisində bu hədiyyənin təqdim edilməsi mərasimi keçiriləcək.

Səudiyyə Ərəbistanının İslam İşləri və İrşad Naziri Əbdül-Lətif Əl-Şeyx bu xəbəri açıqlayıb və aydınlaşdırıb: "Qurani-Kərimin çapının sayı hər il 9 milyon nüsxədən 20 milyon nüsxəyə yüksəlib". Onun sözlərinə görə, 2021-ci ilin sonuna qədər bu mərkəz tərəfindən 345 milyon nüsxədən çox Qurani-Kərim nəşr olunub.

Əl-Şeyxin sözlərinə görə, bu mərkəzin nəşrləri ilə Qurani-Kərimin 76-dan çox dilində tərcüməsinin 320 milyon nüsxədən çoxu dünyada paylanılıb.

4111502

captcha