IQNA

Kanadada İmam Hüseynin (ə) qiyamından bəhs edən yeni kitab nəşr edilib

19:19 - November 19, 2022
Xəbər sayı: 3493284
Humanitar elmlər sahəsində fəaliyyət göstərən qurum Kərbəla hadisəsi və İmam Hüseynin (ə) şəhadət fəlsəfəsi mövzusunda kitab nəşr edib.

"İQNA", "Şəfəqna"-ya istinadən xəbər verir ki, “Akademiya” qlobal institutu tədqiqat, elmi və humanitar nəşrlərin çapı sahəsində fəaliyyət göstərir. O, Kanadanın MakMaster Universitetinin ustadı Ləyaqət Takim tərəfindən yazılan Kərbəla hadisəsi haqqında xüsusi kitabı nəşr edib.

Kitabın xülasəsində bu kitabın Kərbəla hadisəsinin Cənubi Asiyanın mədəni və ədəbi səhnəsinə təsirini əhatə etdiyi bildirilir.

Kanadanın MakMaster Universitetinin İslamşünaslıq üzrə ustadı Ləyaqət Takim bu ilin sonunda Ütbə Hüseyni Ziyarətgahı Araşdırma Mərkəzinin təşkilatçılığı ilə keçirilən 6-cı Beynəlxalq Ərbəin ziyarəti elmi konfransında iştirak edib.

Bu konfransda o, İmam Hüseynin (ə) Ərbəininin dirçəlişinin tarixi fonu haqqında məqalə təqdim edib.

4100523

captcha