IQNA

Mərakeşdə Peyğəmbərin (s) həyatının sərgisi və muzeyinin açılışı olub

19:13 - November 19, 2022
Xəbər sayı: 3493283
Ümumdünya İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISCO) Rabatda İslam Peyğəmbərinin (s) həyat tərzinin sərgisinin və İslam Muzeyinin açılışı münasibətilə mərasim keçirib.

"İQNA", "Sovtul-Ümmət"-ə istinadən xəbər verir ki, İSESCO Kral 6-cı Məhəmmədin Peyğəmbərin (s) həyatı və İslam Sivilizasiyası Beynəlxalq Muzeyinin açılışı münasibətilə Mərakeşin paytaxtı Rabatda beynəlxalq mərasim təşkil edib.

Bu sərgi Isesco, İslam Dünyası Assosiasiyaları və Məhəmmədiyyə Mərakeş Alimlər Assosiasiyasının həmkarlığı ilə keçirilir. Məqsəd İslam dinini ədalət, sülh, mərhəmət, birgəyaşayış və mötədillikdə təqdim etməkdir.

Bu sərgi bir neçə əsas hissədən ibarətdir. Peyğəmbərin (s) həyat tərzi ilə bağlı beynəlxalq sərgi və muzey onun ən mühüm hissələrindən biridir. İlk dəfə olaraq 3D texnologiyaları və virtual məkanla bağlı texnologiya ilə təsvir edilir.

4100471

captcha