"İQNA", "Əl-Bilad"-a istinadən xəbər verir ki, Osmanlı Müshəfinin məşhur variantından yazılmış Qurani-Kərimin bir nüsxəsi Əlcəzairin cənub-qərbindəki “Ədrar” əyalətində yerləşən Temantit şəhərində nümayiş etdirilib.
Temantit şəhərində yerləşən “Bəkriyyə” guşəsi (mərkəz) ilə maraqlananların gözü qarşısında olan bu variant hicri 727-ci ildə yazılmışdır. Deyilənə görə, bu variantın dəqiq yazılma tarixi sözügedən ilin Məhərrəm ayının 27-sidir.
Bu Quran Əndəlüs İmamı, İbn Xəlifə kimi tanınan Əhməd ibn Əli ibn Əhməd tərəfindən yazılmışdır. Bu müqəddəs Müshəf hicri 9-cu əsrin ortalarında Ömər ibn Məhəmməd ibn Ömər tərəfindən bu əraziyə köçürülmüşdür. İndiyə kimi onun vəsiyyətinə görə nəslinin əlində olub və qorunur.
4092616