IQNA

Səudiyyə Ərəbistanında Kral Əbdüləziz Quran hifzi yarışı başlayacaq

22:54 - September 10, 2022
Xəbər sayı: 3492898
Səudiyyə Ərəbistanında 42-ci Kral Əbdüləziz Quran Hifzi Müsabiqəsi ilkin mərhələsi başlayacaq.

"İQNA", "Əl-Mədinə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Kral Əbdüləziz Qurani-Kərimin hifz, qiraət və təfsir sahələri üzrə 42-ci beynəlxalq müsabiqəsi başlayacaq.

Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu yarışma hicri 1444-cü ilin 25 Səfərində, üç gün səhər və axşam saat 14:00-dan etibarən Məkkədə Məscidül-həramda başlayacaq.

Bu yarışların İlkin mərhələsinin keçirilməsində məqsəd iştirakçıları həvəsləndirmək, qiraətlərini gücləndirmək və final yarışlarında iştirak etmək hüququ qazanmalarıdır.

4084608

captcha