"İQNA", "Nation"-a istinadən xəbər verir ki, bu sərgi İslamabad və Ravalpindin şəhərlərində “Nəqmə Səda” adı altında keçirilir və İslam xəttatlığının müxtəlif əsərlərini özündə əks etdirir.
Təşkilatçıların sözlərinə görə, bu sərginin məqsədi xəttatlıq sənəti vasitəsilə tanınmış şairlərin ruhlandırıcı mesajlarını gənclər arasında yaymaqdır.
Bu sərgidə Feyz və Movlananın dərin və ruhlandırıcı mesajları “Siyah Məşq”in xəttatları vasitəsilə təzahür etmişdir.
Sərgidə iştirak edən və əsərlərini canlı şəkildə ziyarətçilərə təqdim edən xəttatlardan biri Şah Abdulla Alimi "APP"-ya müsahibəsində deyib: "Xəttatlıq insanların hisslərini ifadə etdiyi bir sənət sahəsidir".
O qeyd edib ki, İslam xəttatlığı müsəlmanların irsidir və müsəlmanların Quran və hədislərə olan hədsiz sevgisini ifadə edir.
"Nağmə xəyal" sərgisi avqustun 18-də başlayıb və sentyabrın 1-dək davam etməsi planlaşdırılır.
4079552