IQNA

İraqlı Quran üzrə istedadlı gənclər Ayətullah Subhani ilə görüşüb

11:20 - January 10, 2022
Xəbər sayı: 3491537
Müqəddəs Hüseyni Astanının Quran Təbliğ Mərkəzinin Quran üzrə bir qrup istedadlı gəncləri müqəddəs Qum şəhərinə səfəri zamanı Ayətullah Cəfər Subhani ilə görüşüb.

"İQNA", İraqdan xəbər verir ki, iraqlı hafizlər Astan Hüseyni Quran Təbliğ Mərkəzinə bağlı Ayat Məktəbində Quran öyrənənlər və Quran üzrə istedadlı gənclər beynəlxalq təbliğat proqramı çərçivəsində müqəddəs Qum şəhərinə səfər ediblər.

Müqəddəs HüseyniAstanının baş katibinin müşaviri Şeyx Həsən əl-Mənsurinin rəhbərlik etdiyi bir qrup iraqlı hafiz bu səfər zamanı bəzi din alimləri və şəxsiyyətləri ilə görüşüb. Onlar həmçinin müqəddəs Qum şəhərindəki bəzi ixtisaslaşmış Quran mərkəzləri və müəssisələrini ziyarət ediblər.

İraqlı Quran üzrə istedadlı gənclər bu səfər çərçivəsində Mərcə-təqlid Ayətullah Cəfər Subhani ilə görüşüblər. O, iraqlı hafizlərin Quran tilavəti və oxuduqları surudları da dinləyib.

Ayətullahul-uzma Subhani çıxışında Quranla məşğul olan gənclərlə qürur duyduğunu bildirib. Həmçinin Əhli-Beyt (ə) yolu olan bu yolu davam etdirməyin vacibliyini vurğulayaraq deyib ki, bu gənclərin hər biri Quran mədəniyyətinin daşıyıcısı və ona əməl edən olmalıdır.

Görüş zamanı iraqlı gənc Quran hafizləri Qurani-Kərimlə bağlı suallarını soruşublar Ayətullah Sübhani də onların suallarına cavab verib.

4027436

captcha