Ötən gün (7 may 2021), mübarək Ramazan ayının son Cümə günü, Beynəlxalq Qüds Günü münasibəti ilə Suriya vətəndaşları Fələstinə dəstək yürüşü keçiriblər.
Beynəlxalq QÜDS günü paytaxt Dəməşqdə "Qüds yaxındır" devizi ilə keçirilən yürüşdə minlərlə insan iştirak edib.
Yürüş Dəməşqin Həmidiyyə bazarından başlayaraq Əməvi Camesinə qədər davam edib.
Suriyanın müxtəlif şəhərlərində keçirilən Qüds günü yürüşündə sıravi vətəndaşlarla birgə tanınmı dini və ictimai şəxslər, dövlət rəsmiləri və vəzifəlilər iştirak ediblər. / iqna