IQNA

Hollandiyada "humanitar elmlərin İslamiləşməsi" konfransı keçirilir

17:04 - May 30, 2018
Xəbər sayı: 3483245
Cari ilin sonlarında Hollandiyanın paytaxtı Amsterdamda "rəqəmsal humanitar elmlərin İslamiləşməsi: təcizyə, analiz, təhlil, alətlər və yazılı əsərlər" adlı elmi konfrans keçiriləcəkdir.

Hollandiyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin sonlarında Hollandiyanın paytaxtı Amsterdamda "rəqəmsal humanitar elmlərin İslamiləşməsi: təcizyə, analiz, təhlil, alətlər və yazılı əsərlər" adlı elmi konfrans keçiriləcəkdir.

Bu barədə İslami tədqiqat və informasiya mərkəzinin (The Islamic Research and Information Center (IRIC)) rəsmi informasiya portalı məlumat yayıb. Bu məlumata görə, cari ilin Dekabr ayının 13-də keçiriləcək bu elmi konfrans üç gün davam edəcəkdir.  

Bu konfransa dəvət elanında konfransda elmi məqaləsi ilə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, məqalələrin konfransın elmi komətisinə göndərilməsi üçün son fürsət sabah, 31 May 2018-ci il, sona çatır.

Humanitar elmlərin İslamiləşməsi konfrnası Hollandiyanın Röyül incəsənət və elmlər akademiyasının dəstəyi və Hollandiyanın elektron elmlər mərkəzinin həmkarlığı ilə keçirilir.

Hollandiyanın "Utrecht" universitetinin "bridging the gap" və ABŞ-ın Braun universitetinin "İslami-Humanitar Elktron Elmlər" layihəsi bu konfransa evsahibliyi edəcəklər.

http://iqna.ir/fa/news/3719143

captcha