IQNA

Misirin müftisi fətva verdi;

Telefona cavab vermək üçün namazı sındırmaq olar!

18:41 - November 24, 2016
Xəbər sayı: 3481042
Şövqi Ə`lam - Misirin müftisi, fətva verib ki, namaz halında telefona cavab verməmək şəxs üçün ciddi ziyan və zərərə səbəb olarsa, namazı kəsib telefona cavab verməyin eybi yoxdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin müftisi fətva verib ki, namaz halında telefona cavab verməmək şəxs üçün ciddi ziyan və zərərə səbəb olarsa, namazı kəsib telefona cavab verməyin eybi yoxdur.

Şeyx Əhməd Kərimə - Əl-Əzhər universitetinin müqayisəvi fiqh ustadı, Misir müftisinin namazı kəsərək telefona cavab verməyi caiz bilən bu fətvasını tənqid və məhkum edib.

"Rəy əl-Yəvm" saytı bu barədə xəbər verərək yazır ki, Şövqi Ə`lam bu fətvanı telefona cavab verilmədiyi halda şəxsə zərər və ziyan dəyəcəyi hal şərti ilə verib.

Şeyx Əhməd Kərimə - Əl-Əzhər universitetinin müqayisəvi fiqh ustadı, əlavə edib: Namazı kəsmək təkcə bir halda caizdir ki, bir insanın canını nicat vermək məsələsi ortada olsun. Alim və fəqihlərimiz bundan öncə namazı kəsməyin caiz olan yerlərini qeyd ediblər. Kor bir şəxsin uçuruma düşməsi ehtimalı, maşının yolu keçən bir uşağa vurma ehtimalı və s... kimi yerlər namazın kəsilməsi caiz olan yerlərdəndir.

Əl-Əzhər universitetinin müqayisəvi fiqh ustadı Quran-Kərimin " ذلک و من یعظم شعائر الله فانها من تقوی القلوب " ayəsini stat gətirərək vurğuladı: Bütün müsəlmanlar bu gün mobil telefon işlədirlər və namaz halında telefona cavab verməyi caiz bilsək, çoxları bu hökmdən sui-istifadə edəcəklər.

http://iqna.ir/fa/news/3548580


Teqlər: iqna ، misir ، fətva ، namaz ، mobil telefon
captcha