IQNA

Lənkəranda inanclıların saxlanılma xəbəri təkzib edildi

11:44 - October 02, 2016
Xəbər sayı: 3480855
Terhan, 02.10.2016 – Lənkərandakı həbslərlə bağlı yayılan məılumat təsdiqini tapmayıb. Belə ki, Lənkərandan verilən məlumata görə, inanclılar həbs olunmayıb.

Lənkəranda inanclıların saxlanılma xəbəri təkzib edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Lənkəranda dindarların həbs olması ilə bağlı məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, bir neçə dindar saxlanıldıqdan sonra sərbəst buraxılıb və bir neçəsinə İXM-nə əsasən sutkalıq həbs verilib.

Qeyd edək ki, xəbər ilk öncə sosial şəbəkələrdə, sonra bəzi saytlarda yayılmışdı.

Onu da qeyd edək ki, xəbəri yayan saytlarda bu məlumatı təkzib ediblər.

İslamazeri.az

Teqlər: lənkəran ، inanclılar ، iqna ، İkna ، quran
captcha