IQNA

Azərbaycanda şiə ruhaniləri həbs edildi

19:52 - April 20, 2016
Xəbər sayı: 3480346
Tehran, 20.04.2016 – Azərbaycan respublikası Lənkəran şəhərinin polis və xüsusi təyinatlılarından ibarət silahlı qüvvələr müştərək əməliyyat keçirərək bu şəhərin aktiv şiə ruhanilərini həbs etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "qafaz mədəniyyət mərkəzi"nin informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən səhər çağı, yerli vaxtla saat 11:00 radələrində Azərbaycan respublikası Lənkəran şəhərinin polis və xüsusi təyinatlılarından ibarət silahlı qüvvələr müştərək əməliyyat keçirərək bu şəhərin aktiv şiə ruhanilərini həbs etdilər.

Əməliyyat zamanı şəhərin şiə ağsaqqaları və ruhaniləri Kərbəlayi Qismət, Seyyid Vüqar və Seyyid Nazim həbs ediliblər.

Neçə gün qabaq da Gəncə şəhərində də Elnur adlı bir şiə akitivisti hazırda həbsdə olan şiə ruhanisi Tale Baqirzadə ilə əlaqəli bilinərək həbs edilmişdi. Onun evindən guya müxtəlif silah və sursat tapılmışdır.

Düdən də polis və xüsusi təyinatlılarından ibarət silahlı qüvvələr müştərək əməliyyat zamanı Seyid Vüqar, Kərbəlayi Qismət ə Seyid Nazimin evi axtarılmış və onlar da Tale Baqirzadə ilə həmkarlıqda ittiham olunaraq həbs ediliblər.

Hazırda isə Lənkəran şəhərinə giriş və çıxışlar polisin nəzarətindədir.

http://iqna.ir/fa/news/3490427


captcha