IQNA

Misirdə “radikalcasına fətvalarla beynəlxalq mübarizə konfransı” işə başladı

17:21 - August 18, 2015
Xəbər sayı: 3345815
Beynəlxalq şöbə: Dünən, 17 avqust 2015-ci il, Misirin paytaxtı Qahirədə müsəlman alimləri toplaşdılar ki, radikalcasın fətva verənlər, xüsusilə də ifratçı vəhabilər, İŞİD və digər terrorist qruplaşmalar bardə tədbir görsünlər.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “PRESS TV” peyk TV kanalının xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, dünən, 17 avqust 2015-ci il tarixində Misirin “Beynəlxalq Fətva Konfransı” radikalcasına verilən fətvalaın getdikcə şiddətləndiyi üçün bu fətvaları verən terrorist qruplarla mübarizə yolları barədə tədbir düşünmək üçün Qahirədə öz işinə başladı.  



İbrahim Nəcm – Misirin Baş Müftisinin müşaviri, dedi: Bu konfransı keçirməkdən məqsəd müftilərin verdiyi fətvarların hədəfdə vəhdətini və ismarıc birliyini nizamlamaq və təhrif olunmuş radikal fətvaların İslam adına verilməsinin qarşısını almaqdır.



O dedi: Müftilər üçün xüsusi katiblik və idarə tikiləcək, fətvalara nəzarət mərkəzləri yaradılacaq ki, burada radikalcasına verilmiş fətvaların qarşısı alınacaq. Həmçinin bu konfransda müftilər yetişdirilməsi barədə də müzakirələr aparılacaq.



Bu konfrans İŞİD və digər terrorist qruplaşmaların Suriya, İraq, Misr və Liviyada radikal və təkfirçi fətva vermələrinin, “cihad”ı səhv anlamalarının  və bu adla törətdikləri cinayətlərinin ardından bu məsələnin həlli üçün qurulmuşdur.



Konrfansda Asiya, Afrika və Orta Şərqdən iştirak edən alimlər İŞİD kimi terrorist qruplaşmaların müsəlman və İslami bir qrup olmalarını təkzib etdilər. Onların “cihad” mövzusundan ticarət kimi su-istifadə etdiklərini vurğuladılar.  



3345663

Teqlər: təkfir ، fətva ، İŞİd ، vəhabi ، radikal
captcha