IQNA

Britaniyanın müsəlman alimləri İŞİD-in əleyhinə fətva verdilər

19:08 - September 02, 2014
Xəbər sayı: 1446089
Beynəlxalq qrup: Britaniyanın müsəlman alimlərindən bir dəstəsi fətva verərək elan etdilər ki, İraq və Suriyada İŞİD terrorist dəstəsinə qoşulan hər kəs mürtəd və dindən çıxmış sayılır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "the Sunday times" qəzetinə istinadən verdiyi xəbərə görə Britaniyanın müsəlman alimlərindən və müsəlmanlara rəhbərlik edən 6 nəfər nüfuzlu din alimi fətva verərək elan etdilər ki, İraq və Suriyada İŞİD kimi cinayətkar, zalim və terrorist dəstəyə qoşulmaq haramdır və İŞİD-ə qoşulan hər kəs mürtəd və dindən çıxmış sayılır.



Qeyd edək ki, Britaniyalı müsəlman rəhbərlər tərəfindən ilk dəfədir ki, İŞİD terrorist qruplaşmasına qoşulanlar haqqında belə bir fətva verilir.



Həmçinin keçən cümə günü (5 sentyabr) elan edildi ki, Deyvid Kameron – Britaniyanın Baş Naziri, bu ölkənin vətəndaşlarının İŞİD terrorist qruplaşmasına qoşulmasının qarşısını almaq üçün göstərişlər verəcəkdir.



Yeni qanunlara əsasən İŞİD terrorist qruplaşmasına qoşulan Britaniya vətəndaşlarının bu ölkəyə geri dönmək hüququ yoxdur. Həmçinin terror fəaliyyətləri ilə məşğul olmaqda şübhəli bilinən vətəndaşların passportları batil ediləcəkdir.  



1445411    



 



 

captcha