IQNA

İndoneziya islamafobiya ilə mübarizə üçün qanun çıxarılmasını tələb edir

8:23 - January 17, 2024
Xəbər sayı: 3495313
İQNA - İndoneziya Üləma Şurasının sədri Sudarnoto Əbdül-Həkim hökumətdən islamofobiya ilə mübarizə üçün qanun qəbul etməsini istəyib.

"İQNA", "Mina" xəbər agentliyinə istinadən bildirir ki, bu mövzuda çıxış edən Əbdül-Həkim islamofobiyanın sosial həyatı, sabitliyi, şəxsi və ictimai hüquqların davamlılığını təhdid edən qlobal böhrana çevrildiyini bildirib.

O, həmçinin bildirib ki, İndoneziyada islamofobiya ilə mübarizəyə dair qanunun çıxarılmasının məqsədi müsəlmanları və cəmiyyəti qorumaqdır.

İslamofobiyanın tez-tez müsəlmanlara qarşı zülm və Qurani-Kərimə hörmətsizlik şəklində özünü büruzə verdiyini bildirən Sudarnoto Əbdül-Həkim islamofobiyanın ən son və ən bariz formasının İsrailin Fələstin xalqına qarşı soyqırımı olduğunu bildirib.

Cakardadakı İndiana Universitetinin ustadlarından biri islamofobiyanın Məhəmməd peyğəmbərlə (s) əlaqəli olduğunu deyir. Həzrət Məhəmmədin (s) zamanında mövcud olduğunu və bu islamafobiyanın təhqir, zorakılıq və boykot hərəkətləri şəklində göründüyünü, Əbu Cəhl və Əbu Ləhəbin də İslama nifrət edən adlar arasında sayıla biləcəyini bildirdi.

4194282

captcha