IQNA

İsveçdə Fələstinə dəstək nümayişi keçirilib

11:43 - January 14, 2024
Xəbər sayı: 3495295
İQNA – İsveçin paytaxtı Stokholmda toplaşan yüzlərlə insan İsrailə etiraz edib və Fələstinə dəstək nümayiş etdirib.

Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə Odenplan bölgəsində toplaşan nümayişçilər, İsraili Qəzzaya hücumlarına son qoymağa, dərhal atəşkəs elan etməyə və humanitar yardım materiallarının Qəzzəyə tam şəkildə daxil olmasına icazə verməyə çağırıblar.

Nümayişçilər əllərində "Qəzzada uşaqlar öldürülür", "Soyqırımı dayandırın", "sonsuza qədər Fələstin" yazılan pankartlar və Qəzzada öldürülən uşaqları təmsil edən maketlər qaldırıblar.

“Fələstinə azadlıq” şüarları səsləndirən nümayişçilər daha sonra İsrail səfirliyinə doğru yürüş ediblər.

İsveç və ABŞ-ın İsrailə verdiyi dəstəyə reaksiya verən etirazçılar iki ölkənin İsrailin törətdiyi hərbi cinayətlərdə şərik olduğunu müdafiə ediblər.

captcha