IQNA

Ərəb Parlamenti: "İsveç malları boykot edilməlidir"

10:31 - October 02, 2023
Xəbər sayı: 3494813
ƏR-RYAD (IQNA) – Ərəb Parlamentinin sədri İsveçdə yaşayan iraqlı mühacir Selvan Momikanın bu yaxınlarda İsveçin Malmö şəhərində Qurani-Kərim nüsxəsini təhqir edərək yandırma hərəkətini pisləyib və İsveç mallarını boykot etməyə çağırıb.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Ərəb Parlamentinin sədri Adil İbn Əbdür-Rəhman Əl-Əsumi İsveçin Malmö şəhərində Qurani-Kərimin bir nüsxəsinin bir ekstremist tərəfindən yandırılmasını qətiyyətlə pisləyib.

Eyni zamanda o, İsveçin bu şəxsin bu hərəkəti həyata keçirməsinə icazə verməsi və nifrətin yayılmasında israrlı hərəkətləri təkrarlayan hərəkətlərə qarşı xəbərdarlıq edib.

Əl-Əsumi bir daha İsveçlə diplomatik əlaqələrin kəsilməsini, bu ölkənin mallarına müsəlman ölkələri tərəfindən embarqo qoyulmasını və bu ölkəyə səyahətin qadağan edilməsini tələb edib. O, İslam xalqlarını İsveçrəyə təzyiq göstərmək üçün qlobal iqtisadi boykot kampaniyası başlatmağa çağırıb ki, İsveç səlahiyyətliləri bu cür pozuntuların qarşısını alsın və müsəlmanların hisslərini və müqəddəslərini ucuz tutmasın.

Ərəb Parlamentinin rəhbəri beynəlxalq ictimaiyyəti bu hərəkətlərə son qoymaq və İslama, dini hüquqlara və insanlığa qarşı cinayət sayılan Qurani-Kərimə təkrarlanan bu cür hücumların qarşısını almaq üçün dərhal hərəkətə keçməyə çağırıb.

4172462

captcha