IQNA

İsveç polisi Qurana hörmətsizlik edən şəxslə həmkarlıq etməyə davam edib

12:38 - September 30, 2023
Xəbər sayı: 3494806
STOCKHOLM (IQNA) – Beynəlxalq assambleyalar və İslam ölkələrinin bütün qınaqlarına baxmayaraq, İsveç polisi Qurani-Kərimi təhqir etmək üçün daha bir lisenziya verib.

"İQNA", "Rusiya Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Stokholmda yaşayan İraq əsilli mühacir, əvvəllər bir neçə dəfə Qurani-Kərimi təhqir etmiş Selvan Momika bu cinayəti Malmödə təkrarlamaq üçün İsveç səlahiyyətlilərindən yeni icazə alıb.

Bu xəbəri İsveç Radiosu bildirib. Səsli mesajın yayılması ilə son bir neçə həftədə İsveçdə Qurani-Kərimin nüsxələrinin yandırılmasından məsul olan Selvan Momika indi bu tədbiri Malmö şəhərində keçirmək üçün başqa icazə alıb.

Bu hesabata görə, Momika bu hərəkəti, 30 sentyabr şənbə günü təkrarlayacaq, Malmö isə İsveçin müsəlman əhalisinin əksəriyyətinin yaşadığı şəhərdir.

Momika son aylarda bir neçə dəfə Quranı yandırıb və dünyada bir çox reaksiyalara səbəb olub.

4171919

captcha