IQNA

Mərakeş və Omanda Quran yarışları

10:49 - August 17, 2023
Xəbər sayı: 3494613
RABAT (IQNA) - Mərakeşin Vəqf və İslam İşləri Nazirliyi sentyabr ayında 6-cı Məhəmmədin 17-ci Beynəlxalq Quran Müsabiqəsinin keçiriləcəyini elan edib. Bu arada, ötən gün Omanın Əl-Suveyq əyalətində 31-ci Sultan Qabus Milli Quran Müsabiqəsinə start verilib.

"İQNA", "İhdas info"-ya istinadən xəbər verir ki, Mərakeşin Vəqf və İslam İşləri Nazirliyi elan edib: "Bu nazirliyin Qurani-Kərimi əzbərləmək, qiraət etmək və təfsir etmək öhdəliyi çərçivəsində və Peyğəmbərin (s) mövludu ildönümü münasibətilə hicri 1445-ci ildə, 6-cı Məhəmməd 17-ci Beynəlxalq Qurani-Kərimin hifzi, qiraəti, tərtil və təfsir yarışları 12 və 13 sentyabr 2023-cü il çərşənbə axşamı və çərşənbə günləri keçiriləcək".

Bu müsabiqədə Mərakeş vətəndaşları ilə yanaşı ərəb, İslam və Afrika ölkələrindən, eləcə də Avropa və Asiyadan olan qiraətçilər və hafizlər də iştirak edəcəklər.

Həmçinin Sultan Qabusun hicri 1445-ci ildə keçirilən 31-ci Qurani-Kərim yarışmasının ilkin mərhələsi, avqustun 15-də Əl-Batinə əyalətinin şimalında yerləşən Əl-Suveyq şəhərindəki Sultan Qabus məscidində 7 fərqli fənn üzrə 1638-dən çox kişi və qadın yarışmacının iştirakı ilə başlayıb.

Covid-19 səbəbiylə iki illik fasilədən sonra keçən il yenidən başlayan Sultan Qabus Quran yarışları ölkə gənclərini Quran hifzi və Quran təlimlərinə sadiq qalmağa təşviq etmək məqsədi daşıyır. Bundan əlavə, ölkədə Quran istedadlarının tapılması da yarışların digər məqsədlərindəndir.

Sultan Qabus Quran yarışları ilk dəfə 1992-ci ildə başlayıb.

4162872

captcha