IQNA

İndoneziyada Quran öyrənənlər təqdir olunub

11:27 - June 27, 2023
Xəbər sayı: 3494387
İndoneziyanın Bandunq şəhərində İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı təhsil mərkəzinin ən yaxşı Quran öyrənənləri mükafatlandırılıb.

"İQNA", həzrət Hüseynin (ə) müqəddəs hərəminin məlumat bürosuna istinadən xəbər verir ki, bu hərəmin Beynəlxalq Quran Təbliğat Mərkəzi İndoneziya əyalətindəki filialı vasitəsilə Bandunq şəhərində Quran tələbələrini təqdir etmək üçün mərasim təşkil edib.

Mərkəzin İndoneziya filialının rəhbəri Abdulla Beyk deyib: "Qurani-Kərimi əzbərləmək üçün cəlbedicilik yarada biləcək həvəsləndirici proqramların davamında, İmam Hüseynin (ə) hərəminin nəzarəti altında olan əlaqələr Mərkəzi filialının Quran Mərkəzinin beynəlxalq işçiləri Bandunqda bu mərkəzin 250 Quran tələbəsini ilk dəfə mərasim keçirərək təqdir edib".

Beyk əlavə edib: "Təqdimetmə mərasimi Qərbi Yava bölgəsinin Bandunq şəhərində tələbələrin valideynlərinin iştirakı ilə keçirilib. Orada Quran proqramları və dini ilahilər və Ömər əs-Səqafın Quranı əzbərləmənin əhəmiyyəti və Quran hafizinin dünya və axirətdəki ləyaqətindən bəhs edən çıxışı, həmçinin kursun müəllimlərindən birinin çıxışı olub".

Mərasim yarışların keçirilməsi ilə başa çatıb. Bundan sonra Quran öyrənənlər mərkəzin rəhbərliyi və orada iştirak edən bəzi şəxsiyyətlər tərəfindən mükafatlar, hədiyyələr və təşəkkürnamələrlə təltif ediliblər.

4150461

captcha